Kateqoriyasız

“Qarabağ” – “Seltik” matçı canlı yayımlanacaq: Həm Azərbaycanda, həm Şotlandiyada

Çempionlar Liqasının III təsnifat mərəhləsinin cavab görüşləri çərçivəsində keçiriləcək "Qarabağ" – "Seltik" oyunu ölkəmizdə canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, avqustun 5-də Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı "İdman Azərbaycan" kanalı canlı yayımlayacaq.

Bundan əlavə sözügedən qarşılaşma Şotlandiyada da canlı yayımlanacaq.

Qeyd edək ki, oyun saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43