Kateqoriyasız

Şotlandiyadan 200 azarkeş Bakıya gəlir

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq “Seltik”  bu matçda dəstəksiz qalmayacaq.

İdmanxeber.com-un məlumatına görə, avqustun 5-də keçiriləcək oyunda “Seltik”i dəstəkləmək üçün Şotlandiyadan 200-ə yaxın azarkeşin gəlməsi gözlənilir. 

Qeyd edək ki, “Qarabağ” – “Seltik” matçı Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43