Ölkə futbolu

“Qarabağ” Suraxanıda başladı

Premyer Liqanın sonuncu turunda “Rəvan”la bərabərə qalan (1:1) “Qarabağ” məşqlərə başlayıb. Ağdam təmsilçisi növbəti – VII turda qəbul edəcəyi “Simurq”la oyunun hazırlıqlarına start verib.

“Qarabağ” 2 günlük istirahətin ardından Suraxanı qəsəbə stadionunda məşq edib. Sabaha komandanın 2 məşqi var.

Qeyd edək ki, “Qarabağ” – “Simurq” görüşü sentyabrın 21-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43