Kateqoriyasız

Stenoqram.com 1 yaşında

Stenoqram.com xəbər portalı 16 sentyabr 2012-ci ildən fəaliyyət göstərir. Portal Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri tərəfindən yaradılıb və tez bir zamanda dövlət və nqeyri-dövlət təşkilatları ilə əməkdaşlıq etməyə

başlayıb.

Stenoqram.com-un baş redaktoru Kamil Əmirlinin sözlərinə görə, yarandığı ilk gündən tam müstəqil fəaliyyət göstərən portal gündəlik olaraq əsasən ölkədə və eləcə də, dünyada baş verən önəmli hadisələri operativ şəkildə oxucularına çatdırmağı qarşısına məqsəd qoyub. Xəbərlərdən əlavə oxuculara müsahibə, foto və video reportajlar,

araşdırma, ədəbi və maarifləndirici məqalələr də

təqdim edilir.

Hazırda bir çox geyim firmaları, avtomobil şirkətlərinin ölkə nümayəndəlikləri, tikinti şirkətləri, nazirliklər, QHT-lər, bir sıra dövlət orqanları və digər=öyük vә kiçik qurumlarla əməkdaşlıq edən

informasiya portalı eyni zamanda tələbələr üçün də geniş şərait yaradır. Kamil Əmirli deyir ki,

hazırda bir çox tələbələrin istər köşə yazılarını, istərsə də hazırladıqları materialların itib batmaması üçün onlara şərait yaratmaq və onlara jurnalistikanı sevdirmək üçün əlimizdən gələni etməyə çalışırıq.

Stenoqram.com yalnız jurnalistika fakültәsinin tələbələrinin deyil, eyni zamanda bütün tələbələrin və eləcə də düşüncələrini qələmə almış şəxslərin azad fikirləini yaymaq üçün onlara şərait yaradır.


İdmanxeber.com-un kollektivi həmkarlarını təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43