İdman

“Qarabağ” və “Kəpəz” qalib gəldi (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasının 27-ci turuna start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, turun ilk oyun günündə 3 qarşılaşma gerçəkləşəcək. Bu gün baş tutacaq hər 3 qarşılaşma saat 17:00-da start götürəcək.

Ötən tur "İnter" üzərində inamlı qələbə qazanıb çempionluğunu rəsmiləşdirən "Qarabağ" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Görüş Ağdam klubu üçün formal xarakter daşısa da, Sumqayıt təmsilçisinə qələbə hava-su kimi lazımdır. Əgər bu matçda "Sumqayıt" məğlub olsa, digər görüşdə isə "Zirə" "Neftçi"yə qalib gəlsə "kimyaçılar" 4-cü yeri tutmaq şansını itirəcək. Beləliklə, komandanın Avroliqa arzusu puç olacaq.

Günün digər maraqlı qarşılaşması Zirədə reallaşacaq. Avroliqaya vəsiqə verən 4-cü yeri tutmaq uğrunda gərgin mübarizə aparan "Zirə" və "Neftçi" qalib gəlmək üçün meydanda "vuruşacaqlar". "Neftçi"yə nisbətən "Zirə"nin Avroliqa şansı daha çoxdur. Komanda bu matçda qalib gəlsə, "Sumqayıt" isə "Qarabağ" səfərindən xalsız dönsə, "qartallar" Avroliqaya vəsiqəni rəsmiləşdirəcək.

Günün digər görüşündə "Kəpəz" AZAL-ın qonağı olacaq. Matç "təyyarəçilər" üçün ciddi önəm kəsb etmir. Buna səbəb komandanın sonuncu pillədə qalacağını rəsmiləşdirməsidir. Son turlarda inamlı çıxışı ilə diqqət mərkəzinə düşən Şahin Diniyevin komandası bu matçda da qələbə qazanmaq niyyətindədir. Avroliqa şanslarını qoruyan gəncəlilər AZAL-ı məğlub edərək, ümidini "Neftçi"nin "Zirə"yə qalib gəlməsinə bağlayacaq. Çünki "Neftçi"nin  "Zirə"ni, "Kəpəz"in isə AZAL-ı məğlub edəcəyi təqdirdə, Gəncə təmsilçisi 4-cü pilləyə yüksələcək.

Azərbaycan Premyer Liqası

XXVII tur

23 aprel (bazar)

17:00. “Qarabağ” – “Sumqayıt”  2:1
QOL: 
Muarem Muarem, 12 (1:0), Elşən Abdullayev, 82 (2:0), Amil Yunanov, 84 (2:1)

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Əli Hüseynov

“Azərsun Arena”

17:00. “Zirə” – “Neftçi” 2:2
QOL:
İqansio Herrera, 34 (0:1), Təmkin Xəlilzadə, 42 (1:1), Akim Latifu, 63 (2:1), Seqoviya, 90 (2:2)

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Xaqani Məmmədov

Zirə Olimpiya İdman Kompleksinin stadionu

17:00. AZAL – “Kəpəz”  0:2
QOL: 
Serjiyo Kosta, 35 (0:1), 41 (0:2)

Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Elşən Acalov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Şaiq Həmidov

“AZAL Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43