İdman

Abdullayev reqlamenti pozdu: “Neftçi”ni texniki məğlubiyyət gözləyir

"Zirə" ilə qollu heç-heçə edib 1 xal qazanan "Neftçi"ni texniki məğlubiyyət gözləyir.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb "ağ-qaralar"ın baş məşqçisi Elxan Abdullayevin reqlamenti pozulmasına səbəb olan əvəzetmə reallaşdırması olub. Belə ki, matça start heyətində 5 yerli futbolçu ilə başlayan paytaxt klubu 67-ci dəqiqədə Ruslan Abışovun Uqo Barqasla əvəzlənməsindən sonra meydanda 4 azərbaycanlı oyunçu ilə qalıb.

Belə olan halda reqlament pozulur və əcnəbi oyunçu limitinin pozan komanda texniki məğlubiyyətlə cəzalandırılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43