İdman

“Qarabağ” və”Roma” meydana hansı heyətlərlə çıxacaq?

Çempionlar Lİqasının 6-cı turu çərivəsində üz-üzə gələcək “Roma” və “Qarabağ” komandalarının ehtimal olunan hyeətləri bəlli olub.

İdmanxeber.com-un İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, hər iki komanda aşağıdakı heyətlə meydana çıxacaq. Həmkarlarımız Qurban Qurbanovun Rəşad Sadıqovun yoxluğunda Elvin Yunuszadəyə şans verəcəyi qənaetindədi. Bundan başqa Çempionlar Liqasında “Qarabağ”ın son oyunu olduğundan, baş məşqçinin ehtiyat qapıçı Anton Kanibolotskiyə şans verməsi ehtimal olunur. 

“Qarabağ”: 1. Anton Kanibolotski, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 32. Elvin Yunuszadə, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerye

__________________________________________________________________________________

“Roma”: 1. Alison Beker, 4. Raca Naynqolan, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 21. Maksim Qonalons, 16. Daniele De Rossu, 25. Cengiz Ünder, 44. Kostas Manolas, 92. Stefan El Şaravi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43