Ölkə futbolu

“Qarabağ” – “Viktoriya” matçının biletləri nə vaxt satışa çıxarılacaq ?

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında avqustun 2-si Respublika stadionunda Çexiyanın “Viktoriya Plzen” klubunu qəbul edəcək. 

İdmanxeber.com-un məlumatına görə, azarkeşlər bu qarşılaşmanın biletləri iyulun 30-u saat 12:00-dan etibarən Respublika stadionunun kassalarından əldə edə bilər. 

Qarşılaşma 2 avqust saat 20:30-da start götürəcək.


Xatırladaq ki, tərəflər arasında ilk matç 0:0 hesabı ilə başa çatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43