Ölkə futbolu

Teo Uiks: “Komandama arxayınam”

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında səfərdə “Lill”lə qarşılaşacaq “Qəbələ”nin futbolçusu Teo Uiks xarici mətbuata açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, liberiyalı futbolçu açıqlamasında bunları deyib:

“Biz rəqibimizə hörmət edirik, lakin onlardan qorxmuruq. Biz futbolumuzu oynayacağıq. Qrup mərhələsinə keçmək üçün tam hazırıq. Çətin oyun olacaq, amma komandama arxayınam. Biz bura birinci mərhələdən gəldik. Əvvəlki seçmə mərhələlərdə güclü komandalarla oynadıq və onları keçməyi bacardıq. Fiziki və zehni cəhətdən oyuna köklənmişik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43