Kateqoriyasız

“Qarabağ” “Viktoriya”, “Qəbələ” “Lill” önündə yenə şanslı deyil

Ölkəmizi avrokuboklarda uğurla təmsil etməkdə davam edən “Qarabağ” vəı “Qəbələ” müvafiq olaraq avqustun 2-si və 4-də ÇL və AL-də növbəti matçlarına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, dünyanın məşhur bukmeker kontorları qitənin hər iki turnirinin III mərhələsinin cavab matçları üçün əmsalları açıqlayıb.

Çempionlar Liqasında yoluna inamlı davam edən “Qarabağ” Çexiyadan sərfəli nəticə ilə Bakıya dönsə də, bumkeykerlər yenə “Viktoriya”nı şanslı sayır. Belə ki, “köhlən atlar”ın ev qələbəsinə 2.80, Plzen təmsilçisinin Bakıdan qalib dönməsinə isə 2.55 əmsalı verilib. Qarşılaşmanın sülhlə başa çatacağına isə  3.10 əmsalı açılıb.

Avropa Liqasının III təsnifatının ilk matçında Fransada “Lill”ə 1:1-lik heç-heçə edən “Qəbələ” də cavab matçının favoriti deyil. Belə ki, Qriqorçukun yetirmələrinin “Bakcell Arena”dakı qələbəsi 4.00, fransızların isə 1.85 kimi dəyərləndirilib. Oyunun bərabərə başa çatacağına isə 3.10 əmslaı açılıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43