Kateqoriyasız

Rahid Əmirquliyev: “Bu, əlavə stimul deməkdir”

“Səfərdə əldə etdiyimiz hesabı (0:0) sərfəli nəticə saymaq olar, çünki böyük Avropa təcrübəsinə malik komandayla oynadıq. Buna görə də, çətin oyun oldu və çox güc sərf elədik. ÇL-də qrup mərhələsində oynamaq üçün əldə etdiyimiz bu şansdan maksimum yararlanmağa çalışacağıq”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında millimizin və “Qarabağ”ın futbolçusu Rahid Əmirquliyev deyib.

Ağdam klubunun təcrübəli üzvü azarkeş faktorunun da önəmini vurğulayıb:

“Rəqib nə qədər güclü olsa da, biz öz azarkeşlərimiz qarşısında oynayacağıq. Bu, əlavə stimul deməkdir. Lakin buna baxmayaraq şansları 50-50-yə qiymətləndirərdim”.

27 yaşlı oyunçu sonda azarkeşləri stadiona səsləməyi də unutmayıb:

“Düzdür, futbolda hər şey  ola bilər, amma əlimizdən gələni edəcəyimizə söz veririk. Bizə sərf edən nəticəni qazanaraq azarkeşlərimizi sevindirmək istəyirik. Azarkeşləri stadiona dəvət edirəm. Bizim onlara ehtiyacımız var. Onların dəstəyi bizə əlavə güc verir”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43