İdman

“Qarabağ Vyana”dan yeni rekord

Avstriyada Viener Stadt Ligada mübarizə aparan “Qarabağ Vyana” futbol klubu 2016-2017-ci il mövsümünün ilk yarısında tarixi nəticəyə imza atıb.

İdmanxeber.com-un məlumatına görə, ilk dövrədə keçirilən 15 turdan 10-da qələbə qazanan “Qarabağ Vyana” 5 oyunda bərabərlik əldə etməklə yeni rekord müəyyənləşdirib. 15 matçda uduzmayan klub məğlubedilməz oyunlar seriyasını davam etdirib. Bununla da Avstriyanın 4-cü liqası və Vyana əyalətinin ən yüksək liqası olan Viener Stadt Ligada ən uzun məğlubiyyətsizlik rekordu qeydə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43