Ölkə futbolu

“Qarabağ” “Xəzər Lənkəran”la matça itki ilə çıxacaq

Premyer Liqanın 17-ci turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "Qarabağ" klubu Admir Telinin köməyindən istifadə edə bilməyəcək.

İdmanxeber.com-un məlumatına görə, "Qəbələ" ilə matçda sarı vərəqə alaraq sarı vərəqə limitini dolduran müdafiəçi "Xəzər Lənkəran"la matç üçün cəzalı duruma düşüb.

Qeyd edək ki, "Xəzər Lənkəran" – "Qarabağ" matçı 18 dekabr saat 17:00-da Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43