İdman

“Qarabağ” yeni məşqçi gətirdi

Bolqarıstanın MOİK klubunun məşqçisi Mario Mitov karyerasını Azərbaycanda davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Fiziki hazırlıq üzrə 24 yaşlı mütəxəssisin Ağdam təmsilçisində çalışacağı bildirilib. O, Ağdam təmsilçisində Çudomir Çakarovu əvəzləyək. Çakarov isə ölkəmizdəki fəaliyyətini Azərbaycan millisində davam etirəcək.

Qeyd edək ki, Mario Mitov ötən ildən MOİK-də işləyir. O, komandanın gəncləri ilə çalışır, onların hər birinin vəziyyətini yaxşılaşdırmağa kömək edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43