İdman

Ansi Aqollinin “Qarabağ”la bağlı olan istəyi nədir?

“Əsas məqsədimiz yenidən ölkə çempionu olmaqdı”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqolli deyib.

 
Çempionatda yaranmış fasilə ilə əlaqədar ölkəsində olan 35 yaşlı müdafiəçi gününü yalnız istirahətə həsr etmir. Belə ki, Aqolli formasını qorumaq üçün Albaniyada fərdi məşqlərini davam etdirir.
 
“TV Klan”a müsahibə verən Ansi həm “Qarabağ”, həm də yığmadakı çıxışı ilə bağlı danışıb. Ağdam klubunun cari mövsümdəki hədəfinə toxunan sol cinah müdafiəçisi çempion titulunu qorumaq istədiklərini bildirib: “Bu mövsüm də Azərbaycan çempionatını birinci pillədə başa vurmaq bizim üçün vacibdi. Lakin təkcə bununla iş bitmir. Avrokuboklarda da layiqli çıxış etməliyik. “Qarabağ”la bağlı daha bir istəyim var. Bu, yenidən Çempionlar Liqasının qrupuna çıxmaqdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43