Ölkə futbolu

“Qarabağ” – “Zalsburq” oyunu üçün nə qədər bilet satışa çıxarılacaq?

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Avstriyanın “Zalsburq” komandası ilə qarşılaşacaq “Qarabağ”ın bu oyununa 25 min bilet satışa çıxarılacaq.

İdmanxeber.com-un məlumatına görə, iyulun 30-da Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutacaq matç üçün satışa çıxarılacaq biletlərin qiyməti 1-2 manat civarında olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Zalsburq” oyunu saat 20:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43