Ölkə futbolu

“Qarabağ”da son durum: Qəbələyə aparılmadı, “İnter”lə oyunda meydana çıxacaq

Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində səfərdə “Qəbələ” ilə qarşılaşacaq “Qarabağ”  az öncə bu şəhərə yola düşüb.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam klubunun zədəli hücumçusu Nikolas Gelaşvili Qəbələyə aparılmayıb. Lakin Gelaşvili demək olar ki, zədəsini sağaltmaq üzrədi. Belə ki, gürcü forvard Premyer Liqanın 26-cı turun “İnter”lə səfər matçında meydana çıxa bilər. Gelaşvili “bankirlər”lə oyuna kimi hazır duruma gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43