İdman

“Qarabağ”dan hücum xəttinə növbəti transfer (RƏSMİ)

“Qarabağ” hücum xəttinə Con Delarjdan sonra daha bir futbolçu transfer edib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu sabiq futbolçusu İnnosent Emeqaranı heyətinə qatıb. Futbolçuyla ikiillik müqavilə imzalanıb.

29 yaşlı forvard karyerasına İsveçrənin “Vintertur” klubunda başlayıb, daha sonra Fransanın “Loryan”, İtaliyanın “Siena” və “Livorno” klublarında çıxış edib.

2014/15-ci illər mövsümündə “Qarabağ”da çıxış edən Emeqara qısa müddət ərzində 7 oyunda 4 qolla yadda qalmışdı. Komandadan ayrıldıqdan sonra Amerikanın “Ertkveyks” klubunda çıxış edib. Son klubu isə Kipr təmsilçisi “Ermis” olub.

Emeqara İsveçrə millisində də 9 oyunda meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43