Ölkə futbolu

“Qarabağ”dan milyonluq transfer

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” növbəti transferinə hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, indiyədək Abbas Hüseynov, Anton Kanibolotski və Yakub Rzejniçakın keçidini həll edən “atlılar”, daha bir futbolçu ilə anlaşıb.

Söhbət Haiti millisinin üzvü Vilde-Donald Querrierdən gedir. Məlumata görə, bu keçid üçün “Qarabağ” Türkiyənin “Alanyaspor” klubuna 100 min avro transfer haqqı ödəyəcək. Futbolçu ilə qarşıdakı günlərdə 2 illik sözləşmə imzalayacaq. 28 yaşlı yarımmüdafiəçi hər ili üçün son Azərbaycan çempionundan 350 min dollar maaş alacaq. Bu isə o deməkdir ki, bu transferə görə, “Qarabağ”, 1 milyon manatdan çox xərcə düşəcək.

Qeyd edək ki, Haiti millisinin üzvü “Alanyaspor”dan əvvəl Polşanın “Visla” klubunda çıxış edib. (Yenicağ.az)

Qeyd edək ki, Super Liqa təmsilçisi artıq futbolçunu "Qarabağ"a satdığını və viza məsələsi həll olunduqdan sonra Azərbaycana gələcəyini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43