Kateqoriyasız

“Qarabağ”ın futbolçusunu GÖZLƏYƏN TƏHLÜKƏ

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində bu gün təmsilçimiz “Qarabağ” İsveçrə “Sürix”i ilə münasibətləri aydınlaşdırmağa çalışacaq.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun futbolçusu Riçard Almeyda isveçrəlilərlə oyunda maksimum dərəcədə diqqətli olmalıdı. Belə ki, təcrübəli yarımmüdafiəçi sarı kart almaqla cəzalı duruma düşə bilər. “Lex”lə hər iki görüşdə hakimin qəzəbinə tuş gələn Riçard “Sürix”lə oyunda da sarı vərəqə almaqla cəzalı duruma düşəcək və səfərdəki matçda forma geyinə bilməyəcək.

Qeyd edək ki, qaydalara əsasən təsnifat mərhələsində 3 sarı vərəqə alan futbolçu növbəti oyunda çıxıs edə bilməz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43