Kateqoriyasız

“Qarabağ”ı Respublika stadionundan qovdular: Ağdam klubu hansı arenaya sığınır?

“Qarabağ” Premyer Liqanın cari mövsümünün qalan ev oyunlarını “Bakcell Arena”da keçirəcək.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, Ağdam klubu 27-ci turda qarşılaşacağı “İnter”i Respublika stadionunda qonaq edəcək. “Qarabağ” aprelin 1-də baş tutacaq bu qarşılaşmadan başqa bütün ev oyunları “Bakcell Arena”da keçirəcək. 

Qeyd edək ki, “Bakcell Arena”dan “Neftçi” də yararlanır. 27-ci tur xaric “Neftçi” və “Qarabağ”ın ev oyunları eyni tura təsadüf etməyəcək.

Sonda onu da qeyd edək ki, Olimpiya oyunları ilə əlaqədar olaraq “Qarabağ”a mövsümün sonuna kimi bu arenada oynamağa icazə verilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43