Kateqoriyasız

İbrahim Şehiç: “O, bir nömrədi”

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Bosniya və Hersoqovina millisi Rusiya ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, çətin qarşılaşmadan öncə Bosniya və Hersoqovina millisinin üzvü, “Qarabağ”ın qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına açıqlama verib. 

Ağdam klubunda da çıxış edən Şehiç bunları deyib:

“Milli komandaya yenidən dəvət aldığım üçün şadam. Hər kəs komandanın qarşısına qoyulan tapşırığı bilir. Səhv edə bilmərik. Ona görə hər oyuna yaxşı hazırlanmalı və ciddi yanaşmalıyıq

Qaldı ki, oynayıb-oynamayacağıma… Yığma komandada olan hər bir futbolçu oynayacağına ümid edir. Həmkarım Asmir Beqoviç həm millidə, həm də klubunda yaxşı oyun nümayiş etdirir. Bu səbəbdən də yığmanın bir nömrəsi odur. Ancaq mən də öz şansımı gözləyirəm. “Qarabağ”ın heyətində ötən ili uğurlu keçirdim. Avropa Liqasında güclü komandalara qarşı oyunlarda təcrübə topladım, qapıçı, futbolçu və insan kimi inkişaf etdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43