İdman

“Qarabağ”ın Antalyadakı son matçı

Antlayada təlim-məşq toplanışında olan “Qarabağ” sabah sonuncu yoxlama oyununu keçirəcək.

İdmanxeber.com-un klubun “facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi Monteneqronun “Mladost” klubu ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” Antalya toplanışı zamanıı “Kuban”la 2:2,  “Lexiya” (Polşa) ilə 1:1, “Şkupi” (Makedoniya) ilə qolsuz bərabərə qalıb, “Mariupol”a (Ukrayna) 2:3, “Sarayevo”ya (Bosniya və Hersoqovoina) 0:2 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43