İdman

“Sumqayıt” – “Mladost”oyununun vaxtı açıqlandı

Antalyada təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” sabah qonşu ölkədə sonuncu yoxlama oyununa çıxacaq. 

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Samir Abasovun komandası Serbiya təmsilçisi “Mladost”la  qarşılaşacaq. 

Görüş “Kundu Fanatic” otelinin stadionunda keçiriləcək və Bakı vaxtı ilə  saat 16:00-da start götürəcək.

Qeyd edək ki, Nenad Milovanoviçin rəhbərlik etdiyi “Mladost” hazırda yerli çempionatda 9-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43