Kateqoriyasız

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi müəyyənləşir

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

İdmanxeber.az-ın məlumatına görə, keçiriləcək 36 qarşılaşma arasında “Valyur” – “Şerif” matçı bizim üçün daha ço maraq doğurur. Belə ki, Çempionlar Liqasında mübarizəni dayandıran təmilçimiz “Qarabağ” Avropa Liqasında yoluna davam edəcək. Püşkə əsasən Ağdam klubunun AL-in pley-off mərhələsindəki rəqibinin adına “Valyur” – “Şerif” görüşündə aydınlıq gələcək. İlk görüşdə öz meydanında minimal hesablı qələbə qazanan (0:1) Moldova təmsilçisinin Bakıya gəlməsi daha real görünür.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43