Ölkə futbolu

“Qarabağ”ın futbolçusu Fransa klubuna “yox” deyib

“Özümü o səviyyədə görmədim”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Yassin Benzia Fransa Liqa 2 klublarının təklifini geri çəvirməsindən danışarkən deyib. Bu çempionatdan təkliflərinin olduğunu bidirən yarımmüdafiəçi daha sonra belə davam edib:

“Bu mövsüm 40-dan çox oyunda meydana oldum, Avropa Liqasında mübarizə aparmışam. Hazırda işlər istədiyimiz kimi davam edir”.

Əlcəzair millisinin üzvünün “köhlən atlar”la müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43