Dünya futbolu

“Real”ın Alonso planı

“Real” 2026-cı ildə komandanı Xabi Alonsoya əmanət etmək istəyir.

İdmanxeber.az məlumat verir ki, “kral klubu” hazırkı məşqçisi Karlo Ançelottiylə yolları ayırdıqdan sonra Alonsonu 1 nömrəli namizəd kimi görünür. Ancaq bunun ən tez 2026-cı ildə baş verəcəyi gözlənilir.

Ançelottidən məmnun olan “Real” onunla yolları ayırmağı düşünmür. İtaliyalı mütəxəssisin daha 2 mövsüm Madrid klubunu çalışdıracaq.

2 ayrı dönəmdə “Real”da çalışan təcrübəli məşqçi “kral klubu”na 2 dəfə Çempionlar Liqasını qazandırıb.

.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43