İdman

“Qarabağ”ın futbolçusu “Qızıl istedad” ola bilər

“Qarabağ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının üzvü Yaroslav Deda vətəni Ukraynada “Qızıl istedad” nominasiyası üzrə qalib adına namizədlər sırasında göstərilib.

İdmanxeber.com-un məlumatına görə, ölkənin istedadlı oyunçuları ilə bağlı hazırlanan yazıda gənc yarımmüdafiəçi vunderkind kimi göstərilib. 19 yaşlı hücumçu 2017-ci ilin yayında “Volın”dan transfer edilib. O, “Qarabağ”ın UEFA Gənclər Liqasında vurduğu hər 3 qolun müəllifi olub.

Qeyd edək ki, “Qızıl istedad” adına 13 namizəd göstərilib. Yaroslav Deda Ukraynanın 19 yaşadək futbolçulardan ibarət yığmasının üzvü olsa da, onun yaxın vaxtlarda Azərbaycan vətəndaşlığına keçəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43