İdman

Səudiyyə Ərəbistanda qadağa aradan qalxdı: Artıq qadınlar da stadiona gedə biləcək

Bu həftədən etibarən Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar futbol matçlarını canlı izləyə biləcəklər.

Idmanxeber.com-un məlumatına görə, xanımlara Premyer Liqanın  oyunlarına baxmalarına icazə veriləcək. Bu oyunların keçiriləcəyi stadionlarda qadınlar üçün xüsusi sektorlar ayrılacaq.

Qarşılaşmaların izlənilməsi elektron sistem vasitəsilə həyata keçiriləcək. Habelə, zərif cinsin nümayəndələri üçün xüsusi bilet proqramı hazırlanıb. 

Qeyd edək ki, qadınların futbol matçlarına getmələrinə qoyulan qadağa ötən il oktyabrın 29-da qaldırılıb. Yeni qərar yanvarın 12-dən qüvvəyə minəcək. Səudiyyə Ərəbistanının Ümumi İdman Orqanı hələlik 3 arenada – Ər-Riyaddakı Kral Fəth adına beynəlxalq stadionda, Ciddədəki Kral Abdulla adına stadionda və Əd-Dammamdakı Şahzadə ibn Fəth adına stadionda qadınların futbol matçlarını izləmələrinə icazə verib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43