Kateqoriyasız

“Qarabağ”ın hər bir futbolçusu Azərbaycan xalqı tərəfindən çox sevilir” – Əmrah Çəlikəl

“Qarabağ”ın futbolçuları Qara Qarayev və Kadi Borges klubun “Park Bulvar”dakı fan-şopunda azarkeşlərlə görüşüb.

İdmanxeber.az xəbər verir ki, tədbirdə iştirak edən Ağdam klubunun direktoru Əmrah Çəlikəl jurnalistlərin suallarını cavablandırıb:

– Bu tədbiri keçirməkdə məqsədinizi bilmək istərdik…
– Məqsədimiz odur ki, sevimli futbolçularımız öz azarkeşləri ilə görüşsünlər, onlarla şəkil çəkdirib, imza paylasınlar. Əsas məqsəd futbolçuların öz azarkeşləri ilə daha yaxın olmasına nail olmaqdır.

– İlk belə tədbirdir. Bu qədər izdiham olacağını gözləyirdiniz?
– Bəli, ilk dəfədir. Etiram edim ki, biz də belə izdiham olacağını gözləmirdik, bunu hesablamamışdıq. “Qarabağ”ın hər bir futbolçusu Azərbaycan xalqı tərəfindən çox sevilir. Amma bu da bizim üçün təcrübə oldu. Bəzi qüsurlar, gözlənilməz problemlərlə üzləşdik. Ancaq əsas odur ki, bura olan maraq çox böyükdür. Bu da bizim üçün bir stiumul oldu ki, tez bir vaxtda daha böyük tərkibdə belə bir tədbir keçirək.

– “Qarabağ”dan yeni transferlər gözlənilir?
– Transfer məsələləri baş məşqçimizin səlahiyyətindədir. Bizim işimiz sadəcə, onun istədiklərini icra etmək, Qurban Qurbanovun göstərdiyi futbolçuları heyətimizə qatmaqdır. Bu məsələ yalnız yay və qış fasilələrində yox, hər gün gündəmimizdədir, hər zaman çalışmalarımız davam edir. Ancaq hazırda danışıq apardığımız futbolçular yoxdur. Lakin bu, olmayacağı anlamına da gəlmir.

– Marko Veşoviç və müqavilə müddəti bitmək üzrə olan digər futbolçularla bağlı vəziyyət nə yerdədir? Onlarla danışıqlar aparılırmı?
– Bildiyiniz kimi, ötən gün dörd gənc futbolçu ilə yeni, 3.5 illik müqavilə bağladıq. Bu yöndə də işlərimiz davam edir. Futbolçularla və onların menecerləri ilə danışıqlar davam edir. Veşoviçlə də həmçinin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43