Ölkə futbolu

“Sabah”ın Antalya planı: serblər və polyaklar

“Sabah” qış fasiləsi üçün hazırlıq planı bəlli olub.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, komanda Türkiyədə toplanacaq. Antalyanın Belek bölgəsində baş tutacaq təlim-məşq toplanışı yanvarın 7-də başlayacaq. “Sabah” hazırlıq yanvarın 12-də Polşanın “Varta” (Poznan), 18-də isə Serbiyanın “Voyvodina” klublarıyla yoxlama görüşlərində qüvvəsini sınayacaq.

Komanda yanvarın 19-da Bakıya qayıdacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43