İdman

“Qarabağ”ın növbəti transfer hədəfi – BU DƏFƏ MÜDAFİƏÇİ

“Qarabağ” heyətini yeni müdafiəçi ilə gücləndirə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə İsrail mətbuatı informasiya yayıb. Xəbərdə, “köhlən atlar”ın “Hapoel”dən Nisso Kapitotonu sıralarına cəlb etmək istəməsi barədə yazılıb. Ağdam təmsilçisi rəhbərliyinin yaxın günlərdə mərkəz müdafiəçisi üçün İsrailə yollanacağı bildirilir.

Cari mövsümü yüksək səviyyədə keçirən Nissonun Azərbaycana köçmək ehtimalı yüksək qiymətləndirilir. Belə ki, “Qarabağ”ın bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak etməsi və hazırda Premyer Liqaya başçılıq etməsi müdafiəçinin qərarına təsir edə bilər.

 Qeyd edək ki, karyerası ərzində “Makkabi” (Təl-Əviv), “Hapoel” (Akko), “Aşdod”, “Beytar”, “Alki” (Kipr) və “Sent-Qallen” (İsveçrə) klublarında çıxış etmiş Nisso Kapiloto 2016-cı ildən “Hapoel”in formasını geyinir. İsrailin gənclər millisində çıxış etmiş müdafiəçinin Hayfa təmsilçisi ilə müqavilə müddəti mövsümün sonuna qədərdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43