İdman

Fariz Nəcəfov: “Arazı istəyirlərsə o pulu ödəsinlər, başqa söhbət ola bilməz”

Az öncə Kipr mətbuatında “Anortosis”də top qovan Araz Abdullayevin müqavilə ilə məxsus olduğu “Qəbələ”nin 25 yaşlı yarımmüdafiəçi üçün 150 min avro təzminat istəməsi ilə bağlı xəbər yayıldı.

Hətta xəbərdə bu məbləğin Famaqusta təmsilçisinin rəhbərliyinin narazılığına səbəb olduğu da yer almışdı.

Sözügedən məsələ ilə bağlı “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovla əlaqə saxladıq. Klub rəsmisi İdmanxeber.com saytına açıqlamasında məsələyə belə münasibət bildirdi:

“Yunanıstan mətbuatının nə yazdığından xəbərim yoxdu. Ancaq “Anortosis” tərəfi Arazı heyətinə qatdığı bir gündən o məbləğdən xəbəri var. Yəni müqavilə bağlanarkən orda yazılan rəqəmlə tanış olmuşdular. Burada razılıq və ya narazılıqdan söhbət gedə bilməz.  Yayda Arazın müqavilə müddəti bitir. Əgər qarşı tərəf futbolçumuzu komandasında görmək istəyirsə, o məbləği ödəyəcək. Başqa söhbət ola bilməz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43