Ölkə futbolu

“Qarabağ”ın oyununa giriş pulsuz olacaq

“Qarabağ”ın Azərbaycan Premyer Liqasının 36-cı turunda “Turan Tovuz”la “Azersun Arena”da keçirəcəyi görüş üçün biletlər pulsuz olacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müstəqillik Günü münasibətilə mayın 28-də keçiriləcək mövsümün sonuncu oyununa giriş pulsuzdur. Bu matçdan dərhal sonra “Qarabağ”a çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.

Bu qarşılaşma üçün yalnız VIP biletlər satışda olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Turan Tovuz” görüşü sabah saat 19:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43