İdman

“Qarabağ”ın oyununun saatı bəlli oldu

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Qarabağ”  sabah iki yoxlama oyunu keçirəcək. 
Idmanxeber.com-un klubun rəsmi “facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi ilk olaraq Bakı vaxtı ilə 16:00-da Makedoniyanın “Şkupi”, ikinci matçda isə saat 18:30-da Ukraynanın “Mariupol” komandas ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk sınaq matçında “Kuban”la 2:2, digər görüşdə “Lexiya” (Polşa) ilə 1:1  hesablı heç-heçə edən Qurban Qurbanovun komandası  yanvarın 25-də “Şkupi” (Makedoniya) və “Mariopul” (Ukrayna), 29-da “Sarayevo” (Bosniya və Herseqovina), fevralın 3-də isə “Mladost”la (Monteneqro) üz-üzə gələcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43