Kateqoriyasız

“Qarabağ”ın rəqibinin iki futbolçusunda koronavirus aşkarlandı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor”un 2 futbolçusu koronavirusa yoluxub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Adlı açıqlanmayan həmin futbolçuların artıq karantinə alındığı bildirilib.

“Qarabağ”la “Sivassop” arasında keçirilmiş ilk görüş Türkiyə təmsilçisinin 2:0 hesabı qələbəsi ilə başa çatıb. Komandalar arasında 26 noyabrda oynanılacaq növbət matç 21:55-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43