Kateqoriyasız

“Qarabağ”ın yeni arenasının rəsmi adı belə olacaq

“Qarabağ”ın yeni stadionunun adı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Suraxanıda inşa olunan arenaya klubun sponsoru “Azərsun Holdinq”in adı verilib.

Belə ki, stadion “Azərsun Arena” adlanacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, “Qarabağ” bu stadionda ilk oyununu bu gün əzəli rəqibi “Neftçi”yə qarşı keçirəcək. Klubdan verilən məlumata görə, beynəlxalq standardlara cavab verən stadion-bazanın inşası demək olar ki, tamamlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43