İdman

“Qarabağ”la “Kukesi” arasnda böyük fərq yoxdu”

“Kukesi”nin futbolçusu Simon Rumbulaku Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə açıqlama verib. O, komandalar arasında böyük fərqin olmadığını deyib:

“Bütün oyunlarda maksimum gücümüzlə mübarizə aparırıq. Bu gün də belə davam edəcəyik. Növbəti mərhələyə yüksəlmək iddasındayıq.  Ümid edirəm ki, buna nail olacağıq. İlk oyunda gördük ki, “Qarabağ”la “Kukesi” arasında böyük fərq yoxdur. Əlbəttə, bu komandada keyfiyyətli futbolçular çıxış edir. Ancaq biz də öz gücümüzü göstərdik. Ümid edirəm ki, bugünkü qarşılaşmada qol vurmaq imkanımız olacaq”.

Rumbulaku “Qarabağ”ın heyətində çıxış edən albaniyalı futbolçu Ansi Aqolli barədə danışıb: “Aqolli yaxşı futbolçudu. Ona uğurlar arzulayıram. Amma fikrimcə, növbəti mərhələyə adlayan tərəf biz olacağıq”.

“Qarabağ” – “Kukesi” görüşü bu gün saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun qolsuz bərabərliklə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43