Kateqoriyasız

“Qarabağ”n 2-ci səbət iddiası – əgər bu hal baş verərsə…

ÇL-də mübarizəni dayandıran “Qarabağ” yoluna Avropa Liqasında davam edəcək.

İdmanxeber.az-ın məlumatına görə, “atlılar” bu turnirin qrupunda iştirakı dəqiqləşən 19 komandadan biridir.  Qrup iştirakçılarının hamısı məlum olmadığından təmsilçimizin püşkatmaya hansı səbətdə qatılacağı məlum deyil.

Əgər 1-ci və ya 2-ci səbətə iddialılar arasında bir komanda mübarizəni dayandırsa, Qurban Qurbanovun komandası 2-ci səbətə düşəcək.

Hələlik püşkatma öncəsi durum belədir:

2-ci səbət

“Roma” (İtaliya), “Mançester Yunayted” (İngiltərə), “Arsenal” (İngiltərə), “Latsio” (İngiltərə), “Braqa” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya)

1-ci və ya 2-ci səbət

“Dinamo” (Kiyev, Ukrayna), “Feyenord” (Niderland)

2-ci səbət

“Renn” (Fransa), “Monako” (Fransa), “Real Sosyedad” (İspaniya)

2-ci və ya 3-cü səbət

“Qarabağ” (Azərbaycan), “Betis” (İspaniya), “Midtüllan” (Danimarka)

3 və ya 4-cü səbət

“Yunion Berlin” (Almaniya), “Frayburq” (Almaniya), “Nant” (Fransa), “Şturm” (Avstriya),

4-cü səbət

“Yunion” (Belçika)

Avropa Liqasında qrup mərhələsinin püşka avqustun 26-da atılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43