Kateqoriyasız

“Qəbələ” – “Apollon” matçı üçün biletlər satışa çıxarıldı

UEFA Avropa Liqasının III təsnifat mərəhləsinin cavab görüşləri çərçivəsində keçiriləcək “Qəbələ” – “Apollon” matçı üçün bilet satışına start verilib.

İdmanxeber.com-un məlumatına görə, avqustun 6-da baş tutacaq oyunun biletlərini qarşılaşmanın keçiriləcəyi “Bakcell Arena”nın kassalarından əldə etmək olar.

Biletlərin qiymətləri 1, 2, 5 və 10 AZN-dir.

Qeyd edək ki, oyun saat 21:00-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43