Kateqoriyasız

“Qəbələ” hazırlığını davam etdirir

Azərbaycan Premyer Liqasının V turunda “Sumqayıt”la qarşılaşacaq “Qəbələ” sabah baş tutacaq görüşün hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasının qrup mərhələsinin I turunun ayın 17-də keçirilən PAOK-la (Yunanıstan) matçından (0:0) sonra məşqlərinə ara verməyən komanda Qəbələdə çalışıb.

Oyunun ertəsi günü Bakıda ADBTİA stadionunda məşq edən “qırmızı-qaralar” doğma arenaya qayıtdıqdan sonra da iki qrupla hazırlıq keçib. Belə ki, PAOK-la qarşılaşmanın iştirakçıları fiziki çalışmalara üstünlük veribsə, digərləri meydanda məşq edib. “Qəbələ” bu gün oyunöncəsi son məşqini keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43