İdman

“Qəbələ” hazırlıqlara start verdi

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarının sonuncu mərhələsinə start verib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu gün Bakıda bir araya gələn “qırmızı-qaralar” məşq prosesini paytaxtda gerçəkləşdirib.

Günün ikinci yarısına təsadüf edən hazırlıq “Bakı” FK-nın təlim-məşq bazasında baş tutub. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən məşqdə futbolçular öncə fiziki çalışmaları yerinə yetirib, ardınca toplu hərəkətləri icra edib. UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Proqres”lə oyununda zədələnən Vojislav Stankoviç fərdi hazırlıq keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43