İdman

“Qəbələ” Qriqorçukla müqaviləni artırır

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ”də baş məşqçi Roman Qriqorçukun taleyinə aydınlıq gəlib.
İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” təcrübəli çalışdırıcı ilə əməkdaşlığı davam etdirəcəklər. Tərəflər arasında yeni müqavilə imzalanacağı gözlənilir. Müqavilənin müddəti qarşıdakı mövsümü əhatə edəcək.
Qeyd edək ki, Roman Qriqorçuk 2015-ci ildən “Qəbələ”də çalışır. Əyalət təmsilçisinin onun rəhbərliyi altında 2 dəfə Avropa Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43