Ölkə futbolu

“Qarabağ” “ulduz”a keçdi

“Qarabağ” 2017-2018 mövsümündən oyunlara ulduzlu formalarla çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun baş direktoru Emrah Çelikel bildirib. E.Çelikelin sözlərinə görə, “Qarabağ” 5 qat Azərbaycan çempionu olduğu üçün belə qərar qəbul edilib. Klub rəsmisi formadakı loqo üzərində 1 ulduzun təsvir olunacağını vurğulayıb.

Hazırda Azərbaycanın “Kəpəz” və “İnter” klubları meydana çempionluq sayı qədər – müvafiq olaraq, 3 və 2 ulduzlu forma ilə çıxırlar. “Neftçi” isə 8 dəfə çempion olduğu halda, tək ulduzlu forma geyinir (“Report”).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43