Ölkə futbolu

“Qəbələ” “Sumqayıt”la oyuna tam heyətlə hazırlaşa bilmir

Yanvarın 28-də səhər saatlarında Türkiyədən vətənə dönən "Qəbələ" bir günlük istirahətin ardından bu gün təlim-məşq prosesini bərpa edib. Həftəsonu – yanvarın 1-də səfərdə "Sumqayıt"la qarşılaşacaq "qırmızı-qaralar" matçın hazırlıqlarını paytaxtda keçirir.

"Bakı" Futbol Klubunun təlim-məşq bazasında baş tutan məşq prosesinə komanda tam heyətlə qatılıb. Zədəsi sağalan Lorenzo Ebesilio artıq komanda ilə məşqlərə başlayıb. Bərpa prosesi keçən Daniel Subotiç və Rail Məlikov komandadan ayrı çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43