Ölkə futbolu

“Qəbələ”də iki bəd, bir şad xəbər

“Qəbələ” “Sumqayıt”la oyunun hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, autsaderlə oyunda “qırmızı-qaralar” Daniel Subotiç və Amit Quluzadənin xidmətindən məhrum olacaq. Buna səbəb hər iki futbolçunun sarı kart limitini doldurmasıdı. 

Lakin bu itkilərə rəğmən Omar Kalabanenin dönüşü əyalət klubunu sevindirməyə biməz. 33 yaşlı təcrübəli müdafiəçi zədəsini sağaldıb və qarşıdakı oyunda “Qəbələ”yə kömək edə biləcək. 

Qeyd edək ki, “Sumqayıt” – “Qəbələ” matçı fevralın 1-də, saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43