Kateqoriyasız

Qəbələdə 9 qol

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını doğma şəhərində davam etdirən “Qəbələ” yoxlama oyununda qüvvəsini sınayıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün əvəzedici heyətlə üz-üzə gələn əsas komanda 7:2 hesabı ilə qalib gəlib.

İlk yarıda Qay, Soltanov və Rikardinyo əvəzedicilərin qapısına yol tapıb. İkinci hissədə  əvvəl Sivakov, ardınca əvəzedicilər fərqlənib. Mendi, Rikardinyo və Sadiqovun qollarından sonra isə Luis Araqonun yetirmələri daha bir dəfə fərqlənməyə nail olub.

Xatırladaq ki, fasilədən sonra baş tutacaq 27-ci turda istirahət edəcək “Qəbələ”nin əsas komandası 28-ci turda aprelin 5-də Bakıda AZAL-la qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43