Ölkə futbolu

“Qəbələ”də iki ciddi itki

Premyer Liqanın 27-ci turu çərçivəsində öz meydanında “İnter2lə qarşılaşacaq “Qəbələ” bu matç üçün hazırlıqlarını davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, Yuri Syominin rəhbərlik etdiyi komanda “bankirlər”lə oyuna iki futbolçunun yoxluğunda hazırlaşır. Əyalət klubunda Nikola Valentiç və İbrahima Niasse zədəli olduqlarından paytaxt klubu ilə matçı buraxacaqlar. 

Qeyd edək ki, “Qəbələ” – “İnter” oyunu martın 23-ü, saat 15:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43