Dünyadan

Ardadan iddialı açıqlama: “Hamısından güclüyük”

Madrid “Atletiko”sunun şərəfini qoruyan Arda Turan püşkü dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, türkiyəli futbolçu Çempionlar Liqasının 1/4 finalında “Barselona” ilə üz-üzə gələcəkləri oyunlardan öncə iddialı danışıb:

“Barselona” bu cütün favoritidi, ancaq mərhələ adlayacaqları anlamına gəlməməlidi. Bu mövsüm onlara qarşı 3 oyun keçirdik, heç birində məğlub olmadıq. Maraqlı oyunlar bizi gözləyir.

İlk dəfə həyatımda Çempionlar Liqasının 1/4 finalında oynayacam. Hədəfimiz ən nüfuzlu klub turnirinin kubokunu qazanmaqdı. Digər komandalardakı kimi önə çıxan ulduz futbolçumuz olmasa da, hamısından güclü olduğumuzu düşünürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43