Ölkə futbolu

“Qəbələ”nin ilk matçı evdə olacaq

Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” və Sloveniyanın “Maribor” komandaları arasında keçiriləcək ilk oyunun yeri dəyişdirilib. Bu barədə klubun baş meneceri Zaur Əzizov məlumat verib.
 
Onun sözlərinə görə, püşkatmada ilk matçın Sloveniyada keçirilməsi nəzərdə tutulsa da, daha sonra oyun Bakıya salınıb. Buna səbəb Azərbaycanın Avroliqadakı digər təmsilçisi “Qarabağ”ın da həmin gün səfərdə oynamasıdır. UEFA müvafiq qərarını günün sonuna qədər açıqlayacaq.

“Qəbələ” və “Qarabağ” ev oyunlarını Bakıda keçirir. UEFA-nın reqlamentinə əsasən isə eyni şəhərdə bir gündə iki oyun keçirilə bilməz.
 
Qeyd edək ki, ilk görüşlər avqustun 18-də, cavab oyunları isə bir həftə sonra olacaq (sportnet.az).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43